Sosial şəbəkədə biz:

Rusiya: "Əməliyyatlar yenidən başlayacaq"

08 April 2016, 21:08
Gündəm
Ukrayna ordusu ölkənin şərqində hərbi fəaliyyətini artırıb. Baş verənlər böyük münaqişənin olacağından xəbər verir. Axar.az xəbər verir ki, bu sözləri Rusiyanın ATƏT-dəki daimi nümayəndəsi Aleksandr Lukaşeviç söyləyib. “Bölgədə baş verənləri atəşkəsin pozulması halları kimi dəyərləndirmək doğru olmaz. Cəbhə xəttində yenidən aktiv hərbi əməliyyatlar başlayacaq”, - Lukaşeviç söyləyib. Qeyd edək ki, Ukrayna və Rusiya arasında 2014-cü ildə atəşkəs elan edilmişdi.