Sosial şəbəkədə biz:

“Beynəlxalq Bank” “AAAF PARK”la əməkdaşlığı dayandırdı

“Azərbaycan Beynəlxalq Bankı” (ABB) Xırdalan şəhərindəki “AAAF PARK” yaşayış kompleksi ilə əməkdaşlığı dayandırıb. Bu barədə fins.az-a kompleksdən bildirilib. Şirkət yaranmış vəziyyəti Bakıda keçiriləcək 1-ci Avropa Oyunları ilə izah edir: “Avropa oyunlarına görə hələlik bank kredit vermir, oyunlardan sonra bərpa olunacaq”. ABB ilə əməkdaşlıq dayandırılsa da, “AAAF PARK”da yerləşən mənzillərin kreditlə satışı davam etdirilir – amma şirkətin daxili kredit şərtləri əsasında, lizinqlə. Xatırladaq ki, ABB ilə əməkdaşlıq çərçivəsində müştərilər mənzilin dəyərinin 10%-ni əvvəlcədən, qalan hissəsini isə illik 10%-lə, 15 müddətində kreditlə ödəyirdilər. Hazırda da mənzilin dəyərinin 10%-ni bəri başdan, qalan hissəni isə 15 ilə ödəmək mümkündür. Amma müddətdən asılı olaraq mənzillərin 1 m2-nin qiymət artır. Belə ki, nağd aldıqda 1 m2-nin qiyməti 650 manatdırsa, 1 illik kreditdə qiymət 680 manat, 2 illik kreditdə 710 manat, 15 illik kreditdə isə 1100 manat təşkil edir. Yəni, hər il üçün 1 m2 mənzil sahəsi 30 manat bahalaşır.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol