Sosial şəbəkədə biz:

Rusiyanın Qarabağdakı hərbçiləri nə işlə məşğuldurlar? - Video

05 September 2022, 08:40
Gündəm

“Biz haradayıqsa, orada sülh var!”.

Yenisabah.az xəbər verir ki, bunu Rusiyanın Qarabağdakı sülhməramlı kontingenti “Sülhməramlı” Telegram kanalında yazıb. Rusiya sülhməramlıları video paylaşaraq Qarabağda öz missiyalarını yerinə yetirməyə davam etdiklərini bildirirlər.

“Rusiya sülhməramlı hərbi qulluqçuları Qarabağda atəşkəs rejiminə riayət olunmasına nəzarət və monitorinq tapşırıqlarını yerinə yetirməkdə davam edirlər.

Onlar mülki avtomobillərin hərəkəti, sərhədyanı rayonların sakinlərinin gediş-gəlişi, eləcə də ərzaq və müxtəlif malların daşınması üçün gecə-gündüz təhlükəsizliyi təmin edirlər. Biz haradayıqsa, orada sülh var!" – məlumatda qeyd olunur.

https://www.youtube.com/embed/3JdIw1m7_AA