Sosial şəbəkədə biz:

Mirmahmud Mirəlioğlunun səhhəti pisləşdi: Türkiyəyə aparıldı

09 September 2022, 19:35
Gündəm

Bir müddətdir müxtəlif xəstəliklərdən əziyyət çəkən və insult keçirən Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlunun səhhəti qəflətən pisləşib. 

Qocaman siyasətçi üzərində son 15 gündə aparılan tibbi prosedur müsbət nəticə vermədiyi üçün onun müalicəsinin Türkiyədə davam etdirilməsinə qərar verilib. M.Mirəlioğlu bu gün ailə üzvləri ilə birlikdə qardaş ölkəyə yola düşüb. 

KXCP sədrinin səhhətindəki problemlərin ciddi olduğu bildirilir. 

Qeyd edək ki, M.Mirəlioğlunun yaxınları APA-ya xəbəri təsdiqləyiblər.