Sosial şəbəkədə biz:

Vilayət Eyvazov ölən polkovnikin yerinə bu şəxsi rəis TƏYİN ETDİ - FOTO

11 September 2022, 11:19
Gündəm

Daxili İşlər orqanlarında yeni təyinat baş tutub.

Manset az-ın əldə etdiyi məlumata görə, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun müvafiq əmri ilə polis mayoru Güriyel Məmmədov Xətai Rayon Polis İdarəsinin Cinayət Axtarış şöbəsinin rəisi təyin edilib. O bundan əvvəl adıçəkilən şöbənin rəis müavini vəzifəsini yutub.

Qeyd edək ki, Xətai Rayon Polis İdarəsinin Cinayət Axtarış şöbəsinin rəisi, polis polkovnik-leytenantı Zəka Səfərov bir müddət bundan əvvəl öz xidməti iş otağında ürəktutmasından vəfat etmişdi.