Sosial şəbəkədə biz:

Kerri ilə Lavrov Qarabağdakı atəşkəs razılaşmasını alqışladılar

10 April 2016, 21:02
Gündəm
Bu gün Rusiya xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Con Kerri arasında telefon danışığı olub. TASS agentliyinə verdiyi məlumata görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb. Məlumatda deyilir ki, C. Krri və S. Lavrov Dağlıq Qarabağda atəşin dayandırılması barədə razılaşmanı alqışlayıb, atəşin kəsilməsinin regionda situasiyanın normallaşmasına şərait yaradacağını vurğulayıblar.