Sosial şəbəkədə biz:

Səfirdən İlham Əliyevin Səfirliyi ziyarəti barədə paylaşım: "Göstərilən ehtiram və diqqət..." - FOTOLAR

14 September 2022, 12:43
Gündəm

Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqüs Ould Azərbaycan Prezidenti İlham Əliyevə matəm kitabını imzalamaq üçün səfirliyi ziyarət etdiyinə görə təşəkkürünü bildirib.

Azinforum.az xəbər verir ki, səfir bu barədə "tviter"də paylaşım edib: “Ülyahəzrət Kraliça II Elizabetin vəfatı münasibətilə matəm kitabını imzalamağa səfirliyə gəldiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edirəm. Cənab Prezident tərəfindən göstərilən ehtiram və diqqət ölkələrimiz arasında münasibətlərin inkişafı istiqamətində böyük əhəmiyyətə malikdir”.

img
img
img