Sosial şəbəkədə biz:

Obama prezidentliyi dövründə ən böyük səhvini etiraf etdi

11 April 2016, 11:33
Gündəm
ABŞ prezidenti Barak Obama prezidentliyi dövründə etdiyi ən böyük səhvi etiraf edib. “Qafqazinfo” xəbər verir ki, FOX telekanalına müsahibəsində Obama ən böyük səhvi kimi 2011-ci ildə Liviya lideri Müammar Qəddafinin devrilməsindən sonrakı dövr üçün heç bir plan qurmamasını göstərib: “Liviyaya müdaxilədən sonra daha çox şey edə bilərdik”. Prezidentliyi dövründə əldə etdiyi ən böyük uğur kim isə Obama 2008-ci ildə ölkəsini iqtisadi böhrandan çıxarmaq olduğunu göstərib. Prezidentliyinin ən gözəl günü isə “Obamacare” adlanan səhiyyə islahatlarını qəbul etdiyi gün olub. Dövlət başçısı ən pis gün kimi 2012-ci ildə orta məktəblərdən birində baş verən qətliamdan sonra həmin bölgəyə etdiyi səfəri göstərib.