Sosial şəbəkədə biz:

İrandan Azərbaycan və Türkiyəyə qarşı TƏXRİBAT - Ərdoğanın çıxışını SƏHV TƏRCÜMƏ ETDİLƏR

21 September 2022, 12:35
Gündəm

İran Azərbaycan və Türkiyəyə qarşı növbəti təxribat törədib.

AZINFORUM.AZ KONKRET.az-a istinadla xəbər verir ki, bu barədə İran KİV-ləri məlumat verib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən 77-ci sessiyasında çıxışı edib. O, çıxışında Azərbaycana dəstəyini ifadə edib.

Lakin Tehran Radio və Televiziyası Ərdoğanın çıxışını ağlasığmaz və yalan tərcümə edib.

“Azərbaycan işğal etdiyi torpaqları həmişəlik tərk etməlidir”, – deyə Türkiyə Prezidentinin çıxışını təhrif ediblər.

Ərdoğanın çıxışını bu cür təhrifi insanlarda qəzəb yaradıb.