Sosial şəbəkədə biz:

Azərbaycanda baş rejissor teatrda yaşayır: Evi yoxdur

22 September 2022, 08:49
Gündəm

Mingəçevir teatrının Baş rejissoru, aktyor Vüsal Mehrəliyev teatrın otaqlarından birində yaşayır.

Bu barədə jurnalist İntiqam Valehoğlu sosial hesabında yazıb. O bildirib ki, aktyorun Mingəçevirdə qalmağa yeri yoxdur:

"Bilirsiniz harada qalır, harada yatır? Teatrda boş otaqlardan birinin döşəməsində. Quru döşəmədə, a kişi. Niyə? Çünki teatrın qonaq otağında dizə qədər zibil var, kondisionerini söküb satıblar. Maaş isə 430 manatdır, kirayədə qalmağa imkan vermir. Çünki adam Bakıda ailə qoyub gəlib, evə də 5-10 manat göndərməlidir.
İndi görün Moskvada ali teatr rejissorluğunu bitirib gəlmiş adamı nə günə qoyurlar. İndi başa düşürsünüz ki, ölkədə mədəniyyət niyə günbəgün geriyə gedir?"