Sosial şəbəkədə biz:

Rusiyada terror - 3 kamikadze özünü partlatdı

11 April 2016, 12:46
Gündəm
Rusiyada terror hadisəsi baş verib. “Qafqazinfo” Rusiya KİV-ə istinadən xəbər verir ki, Stvaropol vilayətində Daxili işlər idarəsinin qarşısında beş partlayış qeydə alınıb. Məlumata görə, partlayış 3 terrorçu kamikadzenin özünü binanın qarşısında partlatması nəticəsində baş verib. Nəticədə terrorçulardan 3-ü ölüb. Yaralılarla bağlı hələ ki, heç bir informasiya yoxdur.