Sosial şəbəkədə biz:

"Başıaçıq gəzib, sizdən də əxlaqlı və imanlı olmaq mümkündür" - Murad Arif

24 September 2022, 09:36
Gündəm

Müğənni-bəstəkar Murad Arif İranda sentyabrın 16-sı əxlaq polisi tərəfindən zorakılığa məruz qalan və dünyasını dəyişən 22 yaşlı Məhsa Əmini ilə bağlı paylaşımı ilə diqqət çəkib.

Sənətçi erkən nikahı, övladını məktəbə getməyə qoymayan valideynləri tənqid edib:

"Qadına yalnız şəhvət obyekti kimi yanaşıb, ondan azadlıqlarını alıb, qadını zorla bağlayanlar, məktəbə buraxmayanlar, zorla ərə verənlər, sizin qadağalar islam deyil, öz pozğun beyninizin kompleksidir. Başıaçıq gəzib sizdən də əxlaqlı, ismətli və imanlı olmaq mümkündür".

Axşam.az