Sosial şəbəkədə biz:

2 futbolçu Azərbaycan millisindən kənarlaşdırıldı

25 September 2022, 11:59
Gündəm

Azərbaycan yığmasının iki futbolçusu bu gün Qazaxıstana qarşı UEFA Mİllətlər Liqasının VI tur matçı üçün heyətdən kənarlaşdırılıb.

Baş məşqçi Canni De Byazi sərəncamındakı oyunçulardan ikisini iştirak ərizəsinə daxil etməyib.

Bunlar "Sabah" klubundan Amin Seydiyev və "Zirə"dən Qismət Alıyevdir. Alıyev V turda səfərdə Slovakiyaya 2:1 hesabı ilə qalib gəldikləri görüşdə də "23-lük"dən kənarda qalmışdı.

Bundan əlavə, cəzalı durumda olan Riçard Almeyda da iştirak ərizəsində yer almayıb.

Qeyd edək ki, bu gün "Dalğa Arena"da oynanılacaq qarşılaşma saat 20:00-da başlayacaq.