Şabranın icra başçısına birinci müavin təyin olunub - ƏMR
Şabran rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsinə təyinat olub.
AZİNFORUM.AZ xəbər verir ki, bu barədə APA-ya Şabran Rayon İcra Hakimiyyətindən məlumat verilib.
Şabran Rayon İcra Hakimiyyəti başçısı Asif Hüseynovun müvafiq əmri ilə İlyasov Hüseyn Azər oğlu Şabran rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini təyin edilib.