Sosial şəbəkədə biz:

“Putin nə düşünübsə, onu da edəcək” - Ərdoğan

29 September 2022, 14:16
Gündəm

Onun sözlərinə görə, Ukraynanın bəzi vilayətlərində Rusiyaya daxil olmaqla bağlı “referendum”ların keçirilməsi və Rusiyanın qismən səfərbərliyə dair qərarı narahatlıq doğurur.

O bildirib ki, bu cür hadisələr diplomatik prosesi canlandırmaq səylərini çətinləşdirir və qeyri-sabitliyin dərinləşməsinə gətirib çıxarır.

Ərdoğan, həmçinin bu gün Rusiya lideri Vladimir Putinlə telefon danışığı aparmaq niyyətində olduğunu da qeyd edib.