Sosial şəbəkədə biz:

Erməni hərbçi ailələrinin kreditləri silinməyəcək - “VTB” təkzib etdi

11 April 2016, 16:52
Gündəm
"Bank VTB" aprelin əvvəlində Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində hərbi toqquşmalar nəticəsində həlak olmuş erməni hərbçilərin ailələrinin kredit müqavilələri üzrə öhdəliklərini ləğv etməyi planlaşdırmır. “ Azinforum.az ” xəbər verir ki, bunu Trend-ə bankın mətbuat xidmətindən deyiblər. VTB-nin baş ofisindən bildiriblər ki, belə qərar (erməni hərbçilərin ailələrinin kredit borcunun silinməsi barədə) qəbul edilməyib və planlaşdırılmır. Xatırladaq ki, Ermənistan və Rusiyanın bəzi KİV-ləri Bank VTB-yə (Ermənistan) istinad edərək bankın aprelin əvvəlində Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində hərbi toqquşmalar nəticəsində həlak olmuş erməni hərbçilərin ailələrinin kredit müqavilələri üzrə öhdəliklərini ləğv edəcəyi barədə məlumat yaymışdılar.