Sosial şəbəkədə biz:

Vüsalənin verilişi yenidən yarımçıq dayandırıldı

11 October 2022, 08:36
Gündəm

ATV kanalında Vüsalə Əlizadənin aparıcılığını etdiyi "7 canlı" proqramının yayımı yarımçıq dayandırılıb.

Proqram başladıqdan 20 dəqiqə sonra müğənni Elvin Mirzəzadənin ifasının ardınca yarımçıq kəsilib. Daha sonra "7 canlı"nın yerinə anonslar efirə gedib.

Proqramın hansı səbəbdən kəsilməsi ilə bağlı isə hələlik açıqlama verilməyib.

Qeyd edək ki, bundan əvvəl də "7 canlı" proqramının yayımı bir neçə dəfə yarımçıq dayandırılmışdı.