Sosial şəbəkədə biz:

Silahlı Qüvvələrin əsgərləri Əfqanıstana yola salındı

12 April 2016, 13:56
Gündəm
NATO-nun 2015-ci ilin yanvar ayından Əfqanıstan İslam Respublikasında həyata keçirdiyi yeni "Qətiyyətli Dəstək" qeyri-döyüş missiyasının tərkibində fəaliyyət göstərmək üçün Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 38 əsgər, 2 hərbi həkim və 2 mühəndis-istehkam ixtisası üzrə zabit olmaqla 42 nəfərdən ibarət qrupu plana uyğun olaraq rotasiya qaydasında Əfqanıstana yola salınıb. “Qafqazinfo” xəbər verir ki, Silahlı Qüvvələrin Əfqanıstandakı sülhməramlı missiyası 20 noyabr 2002-ci il tarixdən başlayıb. Hazırda Silahlı Qüvvələrin 90 nəfərdən ibarət hərbi qulluqçusu, 2 hərbi həkimi və 2 mühəndis-istehkam ixtisası üzrə zabiti Əfqanıstandakı missiyada iştirak edir. Silahlı Qüvvələrin əsgərləri Əfqanıstana yola salındı Silahlı Qüvvələrin əsgərləri Əfqanıstana yola salındı Silahlı Qüvvələrin əsgərləri Əfqanıstana yola salındı Silahlı Qüvvələrin əsgərləri Əfqanıstana yola salındı