Sosial şəbəkədə biz:

Azərbaycanlı biznesmenin qətli üçün 15 min dollara killer tutdular - TƏFƏRRÜAT

21 October 2022, 14:36
Gündəm

2019-cu ildə Rusiyanın Arxangelsk şəhərində qətlə yetirilən azərbaycanlı biznesmenin işi ilə bağlı qərar çıxarılıb.

AZINFORUM.AZ-ın Lent.az-a istinadən məlumatına görə, qətlin təşkilatçıları 15 min dollar müqabilində Voronej vilayətindən killer tutaraq həmyerlilərinin ölümünə səbəb olublar.

Killer yaxalanandan sonra ələ keçiriləcəklərindən qorxan 3 Azərbaycan vətəndaşı Bakıya qaçıb. Rusiya İstintaq Komitəsinin təqdim etdiyi materiallardan sonra onlar Azərbaycanda həbs ediliblər.

Məhkəmə onlar barəsində 15 ildən 16.5 ilə qədər azadlıqdan məhrumetmə qərarı çıxarılıb.