Sosial şəbəkədə biz:

Türkiyədə PKK-çılarla atışma: 2 əsgər şəhid oldu

12 April 2016, 19:59
Gündəm
Türkiyədə terroristlərlə atışmalarda 2 hərbçi şəhid olub. Lent.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, Şırnak vilayətində baş verən atışmalarda 1 əsgər hadisə yerində şəhid olub, 4 isə ağır yaralanıb. Yaralılar xəstəxanaya çatdırılıb. Yaralılardan birinin həyatını xilas etmək mümkün olmayıb. Bu barədə Türkiyənin Müdafiə Nazirliyi rəsmi məlumat yayıb.