Qarabağda ordumuz tərəfindən məhv edilmiş polkovnik-leytenant Ermənistanda dəfn olunur
Bu gün Gümridə Ermənistan ordusunun polkovnik-leytenantı Alesan Aleksanyanın dəfn mərasimi keçirilir.
O, işğal altında olan Cəbrayıl rayonunun ərazisində ordumuz tərəfindən məhv edilib. Virtualaz.org xəbər verir ki, bu məlumatı 168.am saytı verib.
Erməni portalının xəbərinə əsasən, polkovnik-leytenant A.Aleksanyanla birlikdə daha dörd erməni hərbçisi öldürülüb.