Sosial şəbəkədə biz:

Prezidentin Mübariz İbrahimovun ailəsinə verdiyi ev - Video

13 April 2016, 16:51
Gündəm
Dövlət başçısı İlham Əliyevin Milli Qəhrəman Mübariz İbrahimovun ailəsinə verdiyi evin görüntüsü yayılıb. “ Azinforum.az ” baku.ws-ə istinadən xəbər verir ki, Azərbaycan Milli Qəhrəmanının ailəsinə hədiyyə edilən villa Biləsuvarda yerləşir. Mübariz İbrahimovun atası Ağakərim İbrahimov prezident tərəfindən verilən villa haqqında danışıb. O bildirib ki, evin bir hissəsində Mübariz İbrahimovun muzey otağı yaradılacaq. Ağakərim İbrahimovun sözlərinə görə, uşaqlarından hansının oğlu olarsa, ona Mübariz adı verəcək və bu evi onun adına keçirəcək.