Sosial şəbəkədə biz:

Aslan İsmayılov tanınmış jurnalisti məhkəməyə verdi - Açıqlama

11 November 2022, 16:42
Gündəm

Tanınmış vəkil Aslan İsmayılov jurnalist Aygün Muradxanlını məhkəməyə verib.

Buna səbəb jurnalistin onunla bağlı hazırladığı film olub.
Məsələ ilə bağlı Bakupost.az -a danışan A. Muradxanlı bildirib ki, məhkəmə prosesi bu gün olacaq:

“Bu məsələni birinci mən başlamamışam. O dəfələrlə mənim ünvanıma ittihamlar səsləndirib. AzTV-nin efirində, öz Feysbuk hesabında məni təhqir edib. Mən onunla bağlı 2 film çəkimişəm. Sumqayıt hadisələrinə görə 4 azərbaycanlıya ölüm hökmü verməsi ilə bağlı məsələni gündəmə gətirmişəm. Birazdan Sabunçu rayon məhkəməsində onun şikayətinə baxılacaq. Vəkilim Aqil Layıc olacaq”.