Sosial şəbəkədə biz:

Şəhid pilotların ailələrinə mənzil hədiyyəsi

14 April 2016, 11:39
Gündəm
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev cəbhədə baş verən son hadisələrdə şəhid olan pilotların ailələrinə ev bağışlayıb. “Qafqazinfo”-nun məlumatına görə, bu addım SOCAR prezidentinin təşəbbüsüdür və şəxsi büdcəsi hesabına verilib. Mənzillər Bakı şəhərində yerləşir. Qeyd edək ki, 4 günlük müharibədə şəhid olan pilotlarımız mayor Təbriz Musazadə, mayor Urfan Vəlizadə, baş leytenant Bəkir İsmayılov və polkovnik-leytenant Murad Mirzəyevdir.