Prezident Aslan Aslanovu AZƏRTAC-ın rəhbəri vəzifəsindən azad etdi
Aslan Aslanov AZƏRTAC-ın İdarə Heyətinin sədri vəzifəsindən azad edilib.
Bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sərəncam imzalayıb.
Sərəncama əsasən, Aslan Əhməd oğlu Aslanov Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) İdarə Heyətinin sədri vəzifəsindən azad olunub.