Erməni əsgərlərə zəng etmək qadağan olundu
Ermənistanın Müdafiə Nazirliyi videomüraciət yayımlayaraq, hərbçilərin təhlükəsizliyinin təmin olunması naminə onlarla telefonda hərbi xidmət barədə məsələləri müzakirə etməməklə bağlı təkidlə çağırış edib.
Virtualaz.org xəbər verir ki, bu barədə “Sputniuk-Armeniya” agentliyi məlumat yayıb.
“Hərbçilərlə qohumları arasında ünsiyyətə qadağa onların təhlükəsizliyinə görə tətbiq edilir. Əmin olun ki, ilk imkanda vətənin keşikçiləri özləri sizinlə əlaqə saxlayacaqlar”, - Ermənistan Müdafiə Nazirliyinin müraciətində belə deyilir.