Sosial şəbəkədə biz:

Ekvadorda zəlzələ - 77 ölü, 588 yaralı + Yenilənib

17 April 2016, 13:08
Gündəm
Ekvadorda güclü zəlzələnəticəsində 28 nəfər ölüb. “ Azinforum.az ” APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin vitse-prezidenti Xorxe Qlas bildirib. Onun sözlərinə görə, 16 nəfər Portovyexo şəhərində ölüb, 10 nəfər – Manta şəhərində, daha iki nəfər isə Quayas əyalətində ölüb. Qeyd edək ki, 7,8 bal gücündə olan yeraltı təkanlar yerli vaxtla 23.58-də (Bakı vaxtı ilə 03.58-də) Muisne yaşayış məntəqəsindən 28 km cənub-şərqdə qeydə alınıb. *** Ekvadorda zəlzələ nəticəsində 77 nəfər həlak olub, 588 nəfər yaralanıb. Bu barədə ölkə prezidentinin administrasiyanın mətbuat xidməti məlumat yayıb.