Sosial şəbəkədə biz:

Yevlaxda həkimi öldürənlər kameraya belə düşdü - VİDEO

13 January 2023, 09:07
Gündəm

Xəbər verdiyimiz kimi, Yevlax Rayon Mərkəzi Xəstəxanasının şöbə müdiri Bəyaz Cabbarovun yaşadığı evdə öldürülməsi ilə bağlı tutulanlar var. 

Hazırda şübhəli şəxs qismində iki nəfər - 30 yaşlı D.Xəlilov və 17 yaşlı R.M. saxlanılıb. 18 yaşlı F.Allahverdiyevin axtarışları isə davam etdirilir.

Bu məqamda məlum olub ki, həkimi öldürən şəxslər qonşulardan birinin evinin təhlükəsizlik kamerasına düşüblər. İctimai TV-nin təqdim etdiyi görüntülərdə üç nəfər qeydə alınıb.

Həmin şəxslərin üzündə maska, birinin isə əlində bıçaq olub. 

Sözügedən görüntüləri təqdim edirik:

https://www.youtube.com/watch?v=zE0tXRbVL3g