Sosial şəbəkədə biz:

"Qarabağ" Fransa millisinin sabiq üzvünü transfer etdi (RƏSMİ)

13 January 2023, 16:45
Gündəm

"Qarabağ" heyətini yeni futbolçu ilə gücləndirib.
Qaynarinfo klubun rəsmi saytına istinadən xəbər verir ki, "köhlən atlar" fransalı hücumçu Adama Diakabini transfer edib.
27 yaşlı forvardla 2025-ci il iyunun 30-dək müqavilə imzalanıb.
Qeyd edək ki, Adama Diakabi Fransanın U-21 millisinin şərəfini qoruyub. O, ölkəsinin "Kan", "Renn", "Monako" və "Amyen", eləcə də İngiltərənin "Haddersfild" və "Nottingem Forest" klublarının da formasını geyinib.