Sosial şəbəkədə biz:

Abdulatipov danışıqlar üçün Bakıya gəlir

18 April 2016, 12:53
Gündəm
Dağıstanın başçısı Ramazan Abdulatipov mayın 12-13-də Bakıya səfər edəcək. Bunu Trend-ə Dağıstan Respublikasının Bakıdakı nümayəndəliyinin rəhbəri Marat Askanderov deyib. Onun sözlərinə görə, R.Abdulatipov Azərbaycan rəhbərliyi və rəsmi şəxslərlə, o cümlədən iqtisadiyyat naziri Şahin Mustafayev, Baş nazirinin birinci müavini Yaqub Eyyubov, eləcə də Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə ilə görüşlər keçirəcək. 12-13 may tarixində Bakıda Dağıstan günləri keçiriləcək.