Sosial şəbəkədə biz:

“Sosial evlərin tikintisinə bu ilin sonundan başlanacaq”

18 April 2016, 16:17
Gündəm
“Çox yaxın zamanlarda sosial evlər tikilməyə başlanacaq. Bu il ərzində layihənin həyata keçirilməsi istiqamətində əsas addımlar atılacaq. Ola bilsin ki, sosial evlərin tikintisinə bu ilin axırına yaxın başlansın”. APA-nın xəbərinə görə, bunu baş nazirin müavini Əli Əhmədov deyib. Baş nazirin müavini qeyd edib ki, sosial evlərin inşası ilə aztəminatlı əhali yaxşı şərtlərlə ev sahibi olmaq imkanı qazanacaq: “Azərbaycanda evə, mənzilə ehtiyacı olan əhali kateqoriyası çoxdur. Azərbaycanda əhali yüksək dinamika ilə artır. Evlənənlər çoxdur, onların mənzillərə ehtiyacı var”.