Sosial şəbəkədə biz:

Azərbaycanda məşhur general-leytenant pensiyaya göndərildi - AÇIQLAMA

20 January 2023, 10:59
Gündəm

FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin sərəncama götürülən rəisi,  general-leytenant Şahmar Paşayev pensiyaya göndərilib.

Bu barədə Manset.az-a açıqlamasında generalın özü məlumat verib. 

"Mən hazırda pensiyadayam,  Kəmaləddin Heydərov məni pensiyaya göndərib.Fövqəladə Hallar Nazirliyindən uzaqlaşmışam. 7 ildir işləyirdim, indi istirahət edirəm. İstirahət edəcəm, sonra baxım görüm nə edirəm."

Qeyd edək ki, Şahmar Paşayev ölkədə nüfuzlu generallardandır. O uzun illər polis orqanlarında çalışıb. Bakı Şəhər Baş Polis Idarəsinin rəis müavini, Şamaxı, Yasamal, Şirvan və Salyan rayonlarının polis rəisi vəzifələrində işləyib.