Sosial şəbəkədə biz:

“Qalatasaray”dan ardıcıl 9-cu qələbə

22 January 2023, 11:05
Gündəm

Türkiyə Super Liqasının 19-cu turunun oyunları davam edir.

Lider "Qalatasaray" öz meydanında "Antalyaspor"u qəbul edib. Oyun meydan sahiblərinin qələbəsi ilə başa çatıb - 2:1.

"Qalatasaray" 49-cu dəqiqədə Mauro İkardi ilə hesabı açıb. Bundan 5 dəqiqə sonra "Antalyaspor" Luiz Adriano ilə hesabı bərabərləşdirib. 59-cu dəqiqədə Floranusun öz qapısına vurduğu qol oyunda yekun hesabı müəyyənləşdirib. 

Bu qələbə ilə "Qalatasaray" xallarının sayını 45 çatdırıb və liderliyə davam edib.