Sosial şəbəkədə biz:

Tofiq Yaqublu azadlıqda

22 January 2023, 11:19
Gündəm

Müsavat Partiyasının üzvü Tofiq Yaqublu azadlığa buraxılıb.
Bu barədə onun qızı Nigar Həzi sosial şəbəkə hesabında paylaşım edib.

Qeyd edək ki, Tofiq Yaqublu ötən il dekabrın 23-də İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi (Xırda xuliqanlıq) ilə təqsirli bilinərək Səbail Rayon Məhkəməsinin qərarı 30 sutka müddətinə inzibati qaydada həbs olunub.O, həbs müddətində aclıq aksiyası keçirirdi və xəstəxanaya yerləşdirilmişdi.