Sosial şəbəkədə biz:

“Türkiyədə 3 manat olan dərman Bakıda 39 manata satılır” - Foto

25 January 2023, 09:29
Gündəm

“Tamprost” dərmanının Türkiyə ilə müqayisədə Azərbaycanda 13 dəfə baha satıldığı iddia olunur.

Bu barədə Bakı Avrasiya Universitetinin professoru Ədalət Tahirzadə sosial şəbəkə hesabında paylaşım edib.

“Türkiyədən bizim pulla 3 manat 20 qəpiyə aldığım dərmanı bu gün (23 yanvar – red.) Bakıda “İstanbul” aptekində 39 manat 40 qəpiyə aldım”, – paylaşımda bildirilib.