Sosial şəbəkədə biz:

Məhkəmə Bəxtiyar Hacıyevlə bağlı qərar çıxardı

27 January 2023, 17:13
Gündəm

Bu gün Bakı Apellyasiya Məhkəməsində ictima fəal Bəxtiyar Hacıyevin barəsindəki məhkəmə qərarından verilən apellyasiya şikayətinə baxılıb.

Bu barədə vəkil vəkil Rövşanə Rəhimli bildirib.

O qeyd edib ki, ictima fəalın apellyasiya şikayəti təmin edilməyib.

Qeyd: Ötən ilin dekabrında Bəxtiyar Hacıyev xuliqanlıq və  məhkəməyə hörmətsizlikdə ittiham olunaraq barəsində Bakı Şəhər Baş Polis İdarəsində cinayət işi başlanıb və Xətai Rayon Məhkəməsinin qərarı ilə barəsində 1 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçilib. Hacıyevin jurnalist Ülviyyə Alovlu ilə münaqişəsinə görə həbs olunduğu bildirilir.

Onun barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilib, ev dustaqlığı ilə əvəz olunması ərizə ilə bağlı Xətai Rayon Məhkəməsinə müraciət edilmişdi. Lakin məhkəmə ərzini təmin etməyib.