Sosial şəbəkədə biz:

“Şərurlu İsfəndiyar”: “Şikayət edən şirkətlər, yəqin ki, vəsait ayırıb xərcləmək istəmirlər”

04 February 2023, 08:38
Gündəm

Tanınmış iş adamı İsfəndiyar Axundov (Şərurlu İsfəndiyar) yeni tikilən çoxmərtəbəli binalarda qaz olmaması, inşaat şirkətlərinin “Azəriqaz” barədə məhkəməyə müraciət etmələri məsələsinə münasibət bildirib.

İ.Axundov Pravda.az-a açıqlamasında deyib ki, təbii qazın verilməsi ilə bağlı hər hansı problem yoxdur:

“Bizim şirkətə məxsus binalarda qazla bağlı heç bir porblem yoxdur. Çox razıyıq. Hamısında qaz var. Şikayət edən şirkətlər, yəqin ki, özləri vəsait ayırıb xərcləmək istəmirlər, “Azəriqaz”ın boynuna atırlar”, - o bildirib.

İş adamı “Azəriqaz” İstehsalat Birliyinin 2020-ci ildə ona qarşı məhkəmə iddiası qaldırması, təbii qaza görə yüksək məbləğdə “Azəriqaz”a borcu olması barədə yayılan xəbərləri isə inkar edib: “Bizimlə “Azəriqaz” arasında məhkəmə konflikti olmayıb. Elə şey yoxdur, yalan söhbətdir...”