Sosial şəbəkədə biz:

Rasim Quliyevin məhkəməsi bu tarixdə olacaq

06 February 2023, 08:21
Gündəm

Bakı Şəhər İcra Hakimiyyətinin sabiq aparat rəhbəri Rasim Quliyevin barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclasının vaxtı məlum olub.

Ali Məhkəmədə keçiriləcək proses fevralın 8-nə təyin edilib.

Şikayət hakim Əziz Seyidovun icraatına verilib.

O, barəsində bəraət qərarı çıxarılmasını istəyir.

Qeyd: Bakı Şəhər İcra Hakimiyyətinin sabiq aparat rəhbəri Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 314-2.3-cü (qanunla müəyyən olunmuş qaydaları pozmaqla tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rasim Quliyev 3 il müddətinə azadlıqdan məhrum olunub.

Bakı Apellyasiya Məhkəməsi isə Rasim Quliyevin cəzasını şərti cəza ilə əvəzləyərək azadlğa buraxılmasına qərar verib. Daha sonra o, kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.