Azərbaycay Ordusu yardım üçün Türkiyəyə gedir
Azərbaycan Silahlı Qüvvələri fəlakət bölgəsində Türkiyəyə yardım üçün yola düşəcək.
Bu barədə "TGRT Haber” məlumat yayıb.
"Azərbaycan Silahlı Qüvvələrinin qısa müddətdə Türkiyəyə kömək məqsədilə zəlzələ bölgəsinə hərəkət edəcəyi bildirilir”, - məlumatda qeyd olunub.
Xatırladaq ki, Türkiyə şiddətli zəlzələdən sonra beynəlxalq yardım üçün çağırış edib.