"Gürcüstanla quru sərhəd açılmalıdır" - Arif Hacılı
“Yalnız Naxçıvanla sərhədin açılması Türkiyə ilə quru yolun açılması demək deyil”.
Bunu Müsavat Partiyasının başqanı Arif Hacılı bildirib.
“Türkiyə ilə gediş-gəlişi asanlaşdırmaq, yardımların yaxın regionlardan və daha çox həcmdə çatdırılması üçün Gürcüstanla quru yolu dərhal açılmalıdır”, - A.Hacılı qeyd edib.