BP-də nə qədər azərbaycanlı işləyir? – Rəsmi məlumat
Bu ilin əvvəlinə olan məlumata görə BP şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2 377 nəfər olub və buraya müddətli müqavilə əsasında işləyən işçilər də daxildir.
"BP-Azərbaycan" şirkəti bildirir ki, ötən ilin eyni dövrü ilə müqayisədə BP şirkətində çalışan azərbaycanlıların sayı 4,5% və ya 111 nəfər artıb.
Son 10 ildə BP-də işləyən azərbaycanlı işçilərin sayı aşağıdakı kimi olub:
| İllər | BP-də işləyən azərbaycanlı işçilərin sayı |
| 2013 | 2 835 |
| 2014 | 2 992 |
| 2015 | 2 735 |
| 2016 | 2 817 |
| 2017 | 2 448 |
| 2018 | 2 534 |
| 2019 | 2 534 |
| 2020 | 2 442 |
| 2021 | 2 266 |
| 2022 | 2 377 |