Sosial şəbəkədə biz:

Mübariz Mədətovun 50 minlik seyfini oğurlayanlar saxlanıldı

26 May 2016, 15:29
Gündəm
Xəzər Dəniz Gəmiçiliyinin keçmiş sədr müavini Mübariz Mədətovun evindən seyf oğurlanıb. Daxili İşlər Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, mayın 23-də Bakı şəhər sakini Mübariz Mədətova məxsus evdən içərisində 10000 ABŞ dolları və 40000 avro pul olan seyfi oğurlanıb. Xəzər RPİ 1-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən paytaxt sakini Ruslan Nabatov və Sabirabad rayon sakini Ramil Bağırov tutulublar. Xatırladaq ki. M.Mədətovun oğlu Xalid Mədətovun idarə etdiyi “Mercedes G Class” markalı avtomobillə Binə qəsəbəsi yaxınlığında xalq artisti Ağasəlim Abdullayevin ailəsinin olduğu maşını vurub və ailənin iki üzvü vəfat edib. Bundan sonra M.Mədətov prezidentin sərəncamı ilə tutduğu vəzifəsindən azad edilib.