Kukla Teatrı “Topuş bacı“nın qızına dair məlumatı təsdiqlədi
Mərhum Əməkdar artist Tünzalə Əliyevanın qızı Zəhranın tamaşalarda rol alacağı təsdiqlənib.
Bu barədə Dövlət Kukla Teatrı məlumat yayıb.
Zəhra hələ teatrda aktrisalıqla bağlı dərslərə yeni-yeni qatılır:
“Bizdə “Oyuq” teatr-studiyasına gəlir. Hələ təzədir. Amma istedadlıdır, bütün məşq və səhnə dərslərinə qatılır. Sözsüz ki, yavaş-yavaş... İnşallah studiyanın rəhbəri Səidə Haqverdiyeva ona tamaşalarda kiçik də olsa, rollar verəcək”.