Sosial şəbəkədə biz:

Bazarda bu məhsulların kəskin bahalaşmasının səbəbi nədir?

18 February 2023, 08:55
Gündəm

2023-cü il başlayandan kənd təsərrüfatı məhsullarının qiymətində əhəmiyyətli dərəcədə artım olub. 
Kənd təsərrüfatı məhsullarının satışı ilə məşğul ticarətçilərin Qaynarinfo-ya verdiyi məlumata görə, qiymət artımı hələ də davam edir. Onların sözlərinə görə, qiymət artımı xüsusilə aşağıdakı məhsullarda baş verib:
Kartof - 0.8-1.1 AZN 

Soğan - 0.8-1.1 AZN

Kələm - 0.35-0.5 AZN

Banan - 2-2.3 AZN

Nar - 0.9-1.5 AZN

Kök - 0.8-1.1 AZN

Naringi - 0.8-2.2 AZN

Satıcılar deyir ki, qiymət artımının səbəbi bilinmir: "Topdansatış məntəqələri qiymət artımını ən müxtəlif səbəblərlər izah edir. Bura quru sərhədlərin bağlı olmasından tutmuş yanacağın qiymətinin artmasına qədər ən müxtəlif səbəblər daxildir".