Sosial şəbəkədə biz:

Tünzalə geyiminə görə tənqid olundu: “Budlarınızı iri göstərir“ - Foto

19 February 2023, 13:12
Gündəm

Xalq artisti Tünzalə Ağayeva sosial şəbəkə iştirakçıları tərəfindən sərt tənqid olunub. İzləyiciləri bu dəfə müğənnini geyiminə görə qınayıblar. 

Tünzalə qısa qara geyimdəki görüntüsünü ötən gün sosial media səhifəsində paylaşıb. 

Xalq artistinin yeni tərzini bəyənənlərlə yanaşı, onu tənqid edənlər də olub. İkincilərin çoxluq təşkil etməsi diqqətdən yayınmayıb. İzləyicilər paylaşıma "Yaşınıza uyğun deyil", "Budlarınızı iri göstərir", "Paltarların hamısı gözəldir, amma sizlik deyil" kimi şərhlər yazıblar.