Sosial şəbəkədə biz:

Zülfüqarov: “Ağdərə-Kəlbəcər yolunda da keçid məntəqəsi yaradılsın“

24 February 2023, 17:25
Gündəm

"Beynəlxalq məhkəmənin Ermənistanla Azərbaycan arasında münaqişə ilə bağlı qərarları BMT Nizamnaməsinə zidd hüquqi presedent yaradır".

Bunu Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov bildirib.

O, "Facebook" səhifəsində yazıb: "Dinləmələrin nəticəsi olaraq qeyd etmək olar ki, Fransa və Ermənistan BMT Təhlükəsizlik Şurasındakı dinləmələrdə istədikləri sənədi almayaraq, Beynəlxalq Ədalət Məhkəməsi vasitəsilə məcburi qərar çıxarmağa çalışırlar".

Tofiq Zülfüqarov əlavə edib: "Ehtimal etmək olar ki, belə bir presedent BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinin “veto” hüququndan istifadə etməsindən mümkün “yan keçmə” üçün şərait yaradır".

Sonda eks-nazir qeyd edib: "Niyə də Ağdərə-Kəlbəcər yolunda sülhməramlılar olmadan sərhədçilərimiz nəzarət-buraxılış məntəqəsi yaratmasın".