Sosial şəbəkədə biz:

Ramazan ayının başlayacağı tarix açıqlandı – FƏTVA

26 May 2016, 22:18
Gündəm
Bayram namazı iyulun 6-da qılınacaq. Qafqaz Müsəlmanları İdarəsi (QMİ) müqəddəs Ramazan ayının başlanması münasibətilə fətva verib. Fətvaya əsasən, bu il Ramazan ayının 1-i miladi təqvimlə 7 iyun 2016-cı ilə təsadüf edəcək. “Azərbaycanda miladi təqvimlə 7 iyun, hicri tarixlə Ramazan ayının birinci günü, Eydül-Fitr (Fitr Bayramı) isə iyulun 6-na təsadüf edəcək və həmin gün ölkədə Bayram namazı qılınacaq”, - deyə, fətvada bildirilir.