Sosial şəbəkədə biz:

Naxçıvanda ASAN xidmət fəaliyyətə başlayacaq

27 February 2023, 08:21
Gündəm

"Bu il Naxçıvanda ASAN xidmət fəaliyyətə başlayacaq”.
Bu fikirləri jurnalistlərə açıqlamasında Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib.
O qeyd edib ki mərkəzlə bağlı son tamamlanma işləri gedir:
“Naxçıvan Nazirlər Kabineti bu istiqamətlərdə işlər aparır. Yəqin ki bu il ərzində mərkəz fəaliyyətə başlayacaq”.Ü. Mehdiyev vurğulayıb ki, qısa zamanda Şuşada da mərkəz açılacaq.