Sosial şəbəkədə biz:

Nazirlik “Bravo”nu məhkəməyə verdi

27 February 2023, 16:32
Gündəm

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Radiotezliklər İdarəsi ölkənin aparıcı supermarketlər şəbəkələrindən birinin -  “Bravo”nun sahibi olan “Azərbaycan Supermarket” MMC-yə (VÖEN - 1403051411 ) qarşı məhkəmə iddiası qaldırıb.
Məhkəmə iddiası Bakı Kommersiya Məhkəməsinin hakimi Aytən Əliyevanın icraatına verilib.
Məhkəmə iddiasının müqavilədən gələn öhdəliklərlə bağlı olduğu bildirilir.
Məlumat üçün bildirək ki, “Azərbaycan Supermarket" MMC 2015-ci ilin fevral ayının 27-də dövlət qeydiyyatına alınıb. “Bravo” supermarketləri ölkənin ən böyük şirkəti hesab olunan “Paşa Holdinq”ə bağlıdır. Yeniavaz.com