Sosial şəbəkədə biz:

"Aşıq Muşqulat" yol polisi oldu

28 February 2023, 09:24
Gündəm

Elnur Mahmudov Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Hərəkətin Təşkili Şöbəsinə təyinat alıb.
Bu barədə DYP məlumat yayıb.
Elnur Mahmudov əvvəllər DYP-də çalışıb. Daha sonra öz ərizəsi ilə işdən çıxıb. O yenidən idarədə işlə bağlı müraciət edib və quruma qəbul edilib.
Qeyd edək ki, xalq arasında "Aşıq Muşqulat" adı ilə tanınan Elnur Mahmudov efirlərdə məzəli mahnıların ifaçısı kimi verilişlərdə çıxış edib.